Qadından proqramist olar???

This entry was posted by CİVƏ on Wednesday, 9 June, 2010 at

Düz 1 həftədən çoxdur ki, qadınların İnformasiya Texnologiyaları sahəsində azlığını araşdırıram.

Sadəcə maraqlıdır, niyə onların sayı bu qədər azdır? Elə bu maraqla 3 kişi proqramist və 2 qadın proqramistlə söhbətləşmişəm. Bütün kişi müsahiblərdən bu cavabı almışam: “Qadından proqramist olar???” Qadınlar isə əksinə, bu sahəyə çox maraqlı olduqlarını və davam etdirəcəklərini bildiriblər. Və heç də özlərini kişilərin dediyi kimi “tupoy” adlandırmırlar. Qeyri Hökümət Təşkilatlarına gəldikdə isə, qadınların İT sahəsinə cəlb edilməsi ilə məşğul olan bir QHT var. O QHT nümayəndəsi isə, 2008-ci ildə qeydiyyatdan keçsələr də, şəxsi problemlər üzündən fəaliyyət göstərmədiklərini bildirdilər.

Siz nə düşünürsüz? Qadın və İnformasiya Texnologiyaları? Bu bir stereotipdir ya həqiqət?

p.s. mövzu barəsində araşdırmam davam etdiyinə görə misalları sonraya saxlamışam.

13 Responses to “Qadından proqramist olar???”

  1. yox olmaz. ama dizayner olar. Mentiqli dusunmek bizim qadinlar ucun deyil. turk qizlarindan rus qizlarindan olar :) :)

  2. ceza

    salam mene ele gelir qadindan proqramist olar neye gore deyirem yuxarda qardasin dediyine gore hec qadin proqramist gormeyim amma dunyanin en genc proqramisti 8 yasinda 1 qiz usaqdi mence qadindan proqramist

  3. Men Ozumde Proqramistem.Lakin Kisi Proqramist.Menim 1-qiz dostum var o,da yaxsi proqram qurur.Lakin qizlarin basi Riyaziyyati yox Edebiyyati tez qavrayillar Buna gorede proqramist olar lakin zeif.

  4. Qadindan taksi soferi olurda proqramist yox.

  5. Olar ? Amm kisi proqramistlerden sonra incimeyin qizlar.Olan budur

  6. Sagol, Royal. Ümümiyyətlə, peşələrin cinsi yoxdu :) ))

  7. sweetheart24

    Ferq etmez Ister qadin ister kishi , ister proqramist ister s.sened eger o shexs senetini sevirse heyatda laiq oldugu yeri qazanacaqdir .
    Men bu sened uzre tehsil aliram (2 ci tehsil) kimi ve (2-ci tehsilimi) sevirem ,amma maraq ucun deyil seneti sevdiyim ucun ( cunku bu hecde asand senet deyilki)sadece beyendiyimiz ucun maraq gosterek .
    ‘Heyatda mumkunsuz (insan ozu isteyenden) sonra nail ola bilmeyeceyi hecne yoxdur’!!!

  8. niyede olmamalidi, beyem klaviyeye basmaq ucun kisi olmaq lazimdir, mence yoh onda qadinlarda proqramist olabilerler hatda amerikanin taninmis proqramisti Emma McGrattan qadinlarin bu isde daha diqqetli oldugunu dusunur ve bildiyim qeder dunyanin birinci proqramistleride qadinlar olub (Ada Lovelace, Grace Hopper).

  9. samira

    salam mənə xaker proqramist lazimdi kömək edə bilərsiz

  10. Sahil

    Bizim ofisde 2 programist + 1 Applied sysadmin (stajor)+ 1 IT support var.
    Hetta connectde Zend certified PHPshnik var.

    O ki, galdi yuxaridaki kommentlere heyatinizda hech kimi gormuyubsunuzse demek deyil ki ola bilmez. Fitrete gelsek onlarin fitretinde ezim ve inadkarliq var, hansi ki istenilen oglan programistden daha yaxshi ede biler onlari.
    Olkemizin yeni mustegillik gazandigini ve IT-nin bizdeki inkishafinin teze bashlamasini nezere alsaq basha dushmek olar ki, sadece olaraq bu yonde bacariqli ola bilecek qadinlar ve qizlar zamaninda bashqa sechim ederek bashqa ixtisasa yiyelenibler.
    bu boshluq yeni nesil terefinden tez bir zamanda baglanacaq zennimce.

    Hormetle,
    Sahil

  11. Məncədə qadından proqramist olmaz… Həvəskar kimi məşğul olar, amma proqramist olmaz. Məntiq kişinin fitrətində var. Bunu bioloji cəhətdən elmdə sübut edir ki, kişi ilə qadın beyni eyni deyil. Kişi qadın kimi dizayne ola bilməz, amma qadın ümumiyyətlə proqramist ola bilməz :D

  12. MEN

    Qadin qadindir da.. yer wey de yeri bir yere qederdir.

  13. Qadından proqramist olar ?! :P Heç beynimə girmir )) İndiyədək heç bir qadının İT sahəsi üzrə böyük layihəsini görməmişəm… Ona görə bu mənə nəsə qəribə gəlir ))


Leave a Reply