“Əgər hökümət jurnalistlərin qatillərinə qarşı mübarizə aparmırsa, onda qatillərlə əlbirə çevrilir!”
Google-da növbəti qurdalanmağım Sərhədsiz Reportyorların 2010-cu il üçün Media Azadlığı hesabatını tapmağımla nəticələndi. Nəşrdə sağollaşdığımız il ərzində jurnalistlərə qarşı baş vermiş təzyiqlər, hədələr, oğurlanmalar, …, ölümlərdən bəhs edilir. Sərhədsiz Reportyorlara görə, bu il
*57 jurnalist öldürülüb, lakin bu, 2009-cu ildəkindən düz 25% az baş verib. Yəni “sevinmək” lazımdı.. bəlkə 2011-də bu 50%-ə düşəcək???
*51 jurnalist oğurlanıb
*535 jurnalist həbs edilib
*1374-ü fiziki zərbəyə məruz qalıb
*504 KİV senzurayla üz-üzə dayanıb
*127 jurnalist vətənindən qaçqın düşüb
Bloqçu və internet istifadəçiləri də bu həbslərdən, hücumlardan, senzuradan öz payını alıb:
*152 bloqçu internet istifadəçisi həbs edilib
*52-sinə fiziki hücum edilib
*62 ölkədə isə İnternetdə senzura tətiq edilib;
|
2010-cu il hesabatı |
Öldürülüb |
Həbs edilib |
Hədə-hücuma məruz qalıb |
Senzuraya məruz qalan KİV |
Oğurlanıb |
|
Afrika |
10 |
134 |
168 |
64 |
8 |
|
Amerika |
13 |
69 |
395 |
68 |
10 |
|
Orta Şərq |
10 |
111 |
192 |
36 |
6 |
|
Asiya |
20 |
124 |
281 |
165 |
22 |
|
Avropa |
4 |
97 |
338 |
171 |
5 |
|
Cəmi: |
57 |
535 |
1374 |
504 |
51 |
Sərhədsiz Reportyorların baş katibi Jean-François Julliardın (Cin-Françis Culiard-CİVƏ) fikrincə, hazırda jurnalistlər müharibədə ölmürlər. İndi onlar daha çox kriminallar, insan oğruları və b. tərəfindən öldürülürlər. Problem odur ki, bu ölkələrin höküməti, bununla mübarizə üçün heç nə etmirlər. “Əgər hökümət jurnalistlərin qatillərinə qarşı mübarizə aparmırsa, onda qatillərlə əlbirə çevrilir!”, cənab Julliard belə deyir.
Jurnalistlərin öldürülməsi ilə “fərqlənən” ölkələrə Afrika (Anqola, Kameron, Konqo Demokratik Respublikası, Nigeriya, Rvanda, Somali və Uqanda), Asiya (Pakistan və İraq) və Amerika ölkələri (Meksika, Honduras) aiddir.
Bu il Pakistanda 11 jurnalistin öldürülməsi, onu hələ də ara-sıra müharibə havası duyulan İraqdan da önə çıxarıb. Buna baxmayaraq, İraqda da artım müşahidə olunub, keçən ilə nisbətən daha 3 jurnalistin həyatına son verilib (ümumi 7). Meksikada isə ölümlərin əsas səbəbi narkotik qaçaqmalçılığıdır.
Sərhədsiz Reportyorlar öldürülmüş jurnalistlərə aid bir başlığı xüsusilə ayırıblar. Bəlkə də, onlar Avropa Birliyi ölkələrində (Yunanıstan və Latviya) jurnalistlərin öldürülməsini daha təhlükəli sayırlar. Ən pisi də odur ki, onların qatilləri hələ də tapılmayıb.
2002-ci ildən 2007-ci il daxil olmaqla artan istiqamətə gedən ölüm halları 2008-ci ildə media işçilərini sevindirsə də, 2009-cu ildə məsələ yenə ziyanımıza işləyib. Keçən il isə bu təxminən 2004-cü ildəki həddindən də aşağıya düşüb. Ümid etmək istərdim ki bu il bu sıyahı daha da azalmağa doğru yol alacaq.
Bu ildən Sərhədsiz Reportyorları İnternetə qoyulan senzura və istifadəçilərə edilən təzyiqlər də narahat edir. Onlar hələ də 2010-cu il İyununda gənc İnternet istifadəçisi Khaled Mohammed Said-in (Xalid Məhəmməd Səid-CİVƏ) İnternet-kafedə polis geyimlilər tərəfindən bayıra çıxarılması və küçədə ölənə kimi döyülməsinin səbəbini araşdırırlar. Bir məlumatda deyilir ki, səbəb polislərin narkotika məsələlərində əlbirliyi barədə videonu onlayn yayması olub. Digərində isə onun yüksək dozada narkotika qəbul etməsi nəticəsində öldüyünü bildirilir, lakin onun bədənində heç bir iz tapılmayıb.
Bu ildən internetdəki senzura yeni formalar alıb. Məsələn, daha aqressiv onlayn təbliğat və ya DDOS hücümların artırılması.
Digər narahatedici məsələ jurnalistlərin oğurlanması hallarının artmasıdır. 2008-ci ildə bu 29, 2009-cu ildə 33 dəfə olmuşdusa, bu dəfə bu hal 18 dəfə artıb. Sərhədsiz Reportyorlar bunu belə adlandırıb: “Artıq jurnalistlərin neytrallığına və işlərinin təbiətinə hörmət edilmir!”
Maraqlısı odur ki, hesabatı nə qədər ələk-vələk etsəm də, Azərbaycanın adını orada hec cürə tapa bilmədim.. Bəlkə də bundan irəli gəlir ki, bizimkilər jurnalistlərin ölümünü, həbsini digər dəxli olmayan, yayındırıcı məsələlərlə yaxşı maskalaya bilirlər.
P.S. Bu postu hazırlayanda düşündüm ki, hesabat hazırlamaq, elə mənim kimi onu tərcümə etmək və ya analiz etmək asandır. Amma biz burada insan ölümündən danışırıq. İnsan ölümü! Heç nə bununla müqayisə edilə bilməz! Öz kefi naminə kiminsə həyatına qəsd etmək, ona zərər vurmağı necə adlandırım bilmirəm. Əvvəllər olsaydı, bunu iyrənclik adlandırardım. Amma indi bilmirəm.
İnsan adlandırdıqlarımız niyə özlərini vəhşi və yırtıcı kimi aparır ki? Yoxsa, onlar insan qiyafəsi geyinmiş vəhşi yırtıcıdırlar?



Jale, öz əcəli ilə ölmək başqadır, kiminsə öz marağına görə jurnalisti öldürməsi isə başqa. Bu İnsan Hüquq və Azadlıqlarına birbaşa müdaxilə və cinayətdir.
Hakim dairələrin heç vaxt xoşuna gəlmir ki, kənardan onların işinə müdaxilə edilsin. belə olmasaydı, kimlərsə öz siyasi maraqları xatirinə məşuqələrini, həyat yoldaşlarını öldürtməzdi. Asiya da vəziyyət deyəsən daha bərbad imiş. Azərbaycan da isə sanki cərəyan edən hadisələr elə belə də olmalıdı.
Azad yaşamaq, azad olmaq-özünü bataqlığa doğru sürüyən cəmiyyət içərisində bu insanlar axına qarşı gələn kiçik qayıqlar kimidir. Sadəcə ağıllı idarəçi olmaq lazımdır
umid edirem ki her shey duzeleck ve jurnalistlerin toxunulmazligi temin olunacaq
Mama həmişə deyir ki,insan ən vəhşi heyvandır,
Bundan başqa mən bilmirəm bu statistika nə qədər düzgündür, amma düşünürəm ki, bu qədər jurnalist ölümünün hamısını qətl hesab etmək olmaz, yəni dünyada öz əcəli və ya qətl baş vermədən hər hansı bir hadisədən heç bir jurnalist ölmür?? Ancaq elə qətllərdən ölürlər??
P.S. Məncə heç nəyə görə öz həyatını qurban verməyə dəyməz, işə, ideyaya, əqidəyə vətənə və s. Çünki, can bir dənədir. Və öldükdən sonra hamı səni unudur, sənin həyatın bitir və həyat davam edir.