Qınayıram!
Neçə gündür Facebook-da yeni trend yaranıb: Hamı nəyisə qınayır! Mən heç vaxt qınadıqlarım haqda yazmamışam. Amma mən də qınayıram! Qınadıqlarımın siyahısını tutmuşam. Lakin silsilə kimi təqdim edəcəyəm.
- Avrovizyon musiqi yarışmasını qınayıram.
- Bir il ancaq və ancaq bu haqda danışacaq TV, radio və qəzetləri qınayıram.
- Bu yarışmanı böyük bir hadisə kimi (həyatının mənası kimi) qəbul edənləri qınayıram.
- Bu yarışmaya o qədər pul tökülməsini qınayıram və s.
Avroziviya haqda bu qədər. İkinçi qınadığım nəqliyyatdır.
- Ən çox Xırdalan avtobuslarını qınayıram.
- Xırdalanda “Günay” şadlıq sarayının yanına gedən 2 ədəd avtobusdan birini marşrutdan çıxaran Nəqliyyat Departamentinin qınayıram.
- Buna görə səsini belə çıxarmayan Xırdalan camaatını qınayıram
Qalanı gələn silsilədə!

Cox gozel bir post idi xowuma geldi
Mən fərqi və fərqsizliyi çox gözəl anlayıram. Bu mənim fikirlərimdi. Mən belə düşünürəm və bununla fəxr edirəm!
senin ne fikirlesdiyin oz fikrindi,eurovision yarismasina xerclenen pulla, eurovision yarismasinda oldugu qeder basqa hansi vasiteyle o reklami elemek olardi hec fikirlesmisen.
hemin gun azerbaycan wikipedia.org saytinda hemin gun en cox axtarilan soz Azerbaycan idi. ve bunun neticesinde ne qeder adam Azerbaycani tanidi. bir de bu aspektlerdenden bax, dusunurem ki ferqi anlayarsan.
Sadece Azerbaycanda eurovison kimi menasız, uyduruk bir yarışma böyük bir başarı kimi qiymetlendirile biler.
“görmemişin oğlu olmuş,…”misali..
Salam. blogunuza rast geldim
Eurovision haqqinda dediklerinizi sanki menim ureyimden 1 e 1 oxudunuz. ele bilirler ki Eurovision dunyanin en boyuk yarismasi falandi. LOL. Sanki Grammy ni udublar
))
Mən də səkidə nazla gəzən adamları qınayıram.
Bu yazının müəllifini qınayıram