Keçən postumda qeyd etmişdim ki, sosial media alətlər barədə video tutorial hazırlayırıq. Amma işim çox olduğundan bura yerləşdirə bilməmişdim.
Birlikdə yaratdığımız Netizen Sosial Media və Onlayn PR təşkilatımızın netizenaz.posterous.com bloqundakı video dərsliyə baxmaq üçün aşağıdakı linkə baxın.
Dünən gecədən etibarən video dərslik hazırlamağa başladıq. Birinci sosial media alətimiz posterous.com oldu.
Jalə ilə birdən birə ofisdə qalmağa qərar verdik, RedBull, çörək, su falan aldıq və getdik ofisə. Camstudio 7 adlı proqramı yüklədik və video çəkməyə başladıq. Video bü günə tam hazır olmalıdır.
p.s. Bu bizim birinci video tutorialımız deyil, bundan əvvəl Twitter üçün Azərbaycan dilində video dərslik hazırlamışıq.
Başım layihələrə yaman qarışıb. Özümə də vaxtım çatmır. Hələ birlikdə çalışdığım Jalə də üzümə həsrət qalıb.
Amma bunun da öz gözəlliyi var. Yenilik etmək, kimlərəsə kömək etmək, yeni informasiyalar aləminə düşüb həzz almaq və s. son günlər mənim həyat qayəmə çevrilib.
The screen-shot from BakuPost.org website
Keçən ayın 20-dən etibarən canım-gözüm olan Bakupost.org saytımız üçün təcrübə proqramı elan etmişik. Hələ də davam edən proqramda 14-15 nəfər tələbə və həvəskarlar toplaşıb.
Onlardan bəziləri elə jurnalistika təhsillidir. Saytımız ingiliscə olsa da, tələbələrin bəziləri Azərbaycan dillidir. 50-ə qədər CV içərisindən seçdiyimiz bu 14-15 nəfərin təlimlərə həvəslə gəlməsi və maraqla iştirak etməsi bizi çox sevindirir. Biz deyəndə, mənlə Səbinəni nəzərdə tuturam. Səbinə Bakupost-da “payşik”imdi, 50% onundu. )) (Podkast.az haqqında oxumaq üçün yazını daha geniş səhifədə açın.) Read the rest of this entry »
Neçə gündür Facebook-da yeni trend yaranıb: Hamı nəyisə qınayır! Mən heç vaxt qınadıqlarım haqda yazmamışam. Amma mən də qınayıram! Qınadıqlarımın siyahısını tutmuşam. Lakin silsilə kimi təqdim edəcəyəm.
Avrovizyon musiqi yarışmasını qınayıram.
Bir il ancaq və ancaq bu haqda danışacaq TV, radio və qəzetləri qınayıram.
Novruz bayramından yazacağam! O bayramdan ki, hazırda Azərbaycanda düz 8 gün sərasər keçirilir. O bayramdan ki, ona hazırlıq 4 həftə qalmış başlayır.
Bu il də hazırlaşdılar, amma qeyri-adi fantaziya ilə.. Fantaziyanın “qıcqırmış” forması ilə! Məsələn, şəhərin ortası sayılan AzNeft Meydanı-İçərişəhər Sahil metrostansiyaları da daxil olmaqla şəhərin hər yerinə rəngbərəng yumurtalar düzüldü. Bu yumurtalar qoyulan zaman yadıma gəlir. Şəhərdə gəzişirdim.. bir də gördüm iri həcmli maşınlardan (maşın adları heç vaxt yadımda qalmır-CİVƏ) “dinozavr yumurtası”ndan da böyük nəsə düşürtdülər və bu nəsələrin bəzilərinin içində 4-5 ədəd yaşıl rəngli uzun cubuqlar çıxır. Çox düşündüm və qərara gəldimki, yəqin bu, səmənidir. (Heç indiyə qədər də bilmirəm ki, onlar nədir.)
Əgər əsəblərinizi xərcləmık istəyirsinizsə, onda Bakıdan Trabzona “ALPAR Turizm”lə gedin. Səfər zamanı hirsli və acıqlı olmağınız elə Bakı Beynəlxalq Avtovağzalından başlayacaq. Bilet alışı zamanı sizə avtobusun necəliyi barədə heç bir məlumat verməyəcəklər. Ona görə də, gediş günü avtobusun üstündə gözlədiyinizdən fərqli yazı görsəniz heç də əsəblərinizi korlamayın, necə ki, mən korlamışam. Avtobusun üstündə “Trabzon” yerinə “İstanbul” görəcəksiniz və əgər soruşsanız ki, niyə?, o zaman deyəcəklər ki, “Ay qız! Sənə nə lazımdır? Read the rest of this entry »