Keçən postumda qeyd etmişdim ki, sosial media alətlər barədə video tutorial hazırlayırıq. Amma işim çox olduğundan bura yerləşdirə bilməmişdim.
Birlikdə yaratdığımız Netizen Sosial Media və Onlayn PR təşkilatımızın netizenaz.posterous.com bloqundakı video dərsliyə baxmaq üçün aşağıdakı linkə baxın.
http://netizenaz.posterous.com/posterouscom-dan-istifad-qaydalari
Bu sosial media aləti barədə hər hansı sualınız varsa şərhdə yazın.
Dünən gecədən etibarən video dərslik hazırlamağa başladıq. Birinci sosial media alətimiz posterous.com oldu.
Jalə ilə birdən birə ofisdə qalmağa qərar verdik, RedBull, çörək, su falan aldıq və getdik ofisə. Camstudio 7 adlı proqramı yüklədik və video çəkməyə başladıq. Video bü günə tam hazır olmalıdır.
p.s. Bu bizim birinci video tutorialımız deyil, bundan əvvəl Twitter üçün Azərbaycan dilində video dərslik hazırlamışıq.
Bizi izləyin! @khanim @zhale @netizenaz