Posts Tagged yenilik

Yeniliklərimdən bəziləri

Posted by CİVƏ on Friday, 1 July, 2011

Başım layihələrə yaman qarışıb. Özümə də vaxtım çatmır. Hələ birlikdə çalışdığım Jalə də üzümə həsrət qalıb.

Amma bunun da öz gözəlliyi var. Yenilik etmək, kimlərəsə kömək etmək, yeni informasiyalar aləminə düşüb həzz almaq və s. son günlər mənim həyat qayəmə çevrilib.

The screen-shot from BakuPost.org website

Keçən ayın 20-dən etibarən canım-gözüm olan Bakupost.org saytımız üçün təcrübə proqramı elan etmişik. Hələ də davam edən proqramda 14-15 nəfər tələbə və həvəskarlar toplaşıb.

Onlardan bəziləri elə jurnalistika təhsillidir. Saytımız ingiliscə olsa da, tələbələrin bəziləri Azərbaycan dillidir. 50-ə qədər CV içərisindən seçdiyimiz bu 14-15 nəfərin təlimlərə həvəslə gəlməsi və maraqla iştirak etməsi bizi çox sevindirir. Biz deyəndə, mənlə Səbinəni nəzərdə tuturam. Səbinə Bakupost-da “payşik”imdi, 50% onundu. )) (Podkast.az haqqında oxumaq üçün yazını daha geniş səhifədə açın.) Read the rest of this entry »